Baş məşqçi futbolçusuna kəllə vurdu
İspaniya La Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Xetafe" - "Hueska" görüşündə xoşagəlməz hadisə yaşanıb. SportLine.az xəbər verir ki, matçın 55-ci dəqiqəsində qonaq komandanın çalışdırıcısı Xuan Antonio Ankelanın əvəzləməsinə futbolçu David Lopes etiraz bildirib. Nəticədə, baş məşqçi ilə onun arasında insident yaşanıb. Bu vaxt Xuan Antonio Ankela futbolçusuna kəllə vurmaqla əsəbini soyudub.
Qeyd edək ki, görüş "Xetafe"nin qələbəsi ilə yekunlaşıb - 3:0.