Baş məşqçinin atası koronavirusun qurbanı oldu

İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Din Smitin atası Ron Smit dünyasını dəyişib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 79 yaşında koronavirusdan ölüb. R.Smit 4 həftə əvvəl koronavirusa yoluxub və xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Ron Smit 6 il demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) xəstəliyindən əziyyət çəkib. O daha öncə "Aston Villa"nın ev oyunlarını keçirdiyi "Villa Park" stadionunda işləyib.