"ShamkirChess 2019" turniri başa çatdı
Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu turda qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.
Hazırkı dünya çempionu və turnirin qalibi Maqnus Karlsen isə yenə qələbə qazanıb. O, rusiyalı Aleksandr Qrişuku məğlub edib.
IX tur
9 aprel
Maqnus Karlsen (Norveç) - Alekandr Qrişuk (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Dinq Liren (Çin) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Qeyd edək ki, Maqnus Karlsen 9 turdan sonra 7 xal toplayıb. Dinq Liren və Sergey Karyakin 5 xalla 2-3-cü, Alekandr Qrişuk, Vişvanatan Anand, Teymur Rəcəbov 4,5 xalla 4 - 6-cı yerləri bölüşdürüblər. 4 xalı olan Veselin Topalov və David Navara 7-8-ci yerləri tutublar. Şəhriyar Məmmədyarov 3.5 xalla 9-cu, Aniş Giri isə 3 xalla 10-cu olub.