Basketbol: Avroliqada 6-cı tur

Basketbolçuların Avroliqa yarışının 6-cı turunda “Ximki” komandası “Srvena Zvezda”nı qəbul edib.

Sportline.az xəbər verir ki, ilk hissədə məğlub olan Moskva basketbolçuları sonradan üstünlüyə yiyələnərək yekunda 83-77 hesabı ilə qalib gəliblər. Bu, “Ximki”nin ilk qələbəsi olub. Komanda 17-ci pillədədir. “Srvena Zvezda” isə 13-üdür.

Gecənin maraqla gözlənilən görüşlərindən biri də “Olimpiakos” – “Anadolu Efes” oyunu idi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar qələbə qazanıblar. “Olimpiakos” – “Anadolu Efes”: 79-84

Daha bir oyunda isə “Baskoniya” və “Barselona” üz-üzə gəlib. Başabaş gedən mübarizənin yekununda Kataloniya klubu rəqibini məğlub edib. “Baskoniya” – “Barselona”: 71:72.