Basketbolçuların açıq Bakı çempionatı keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni basketbol zalında ilk yarış keçirilib.

Sportline.az xəbər verir ki, uşaq və yeniyetmələr çempionluq uğrunda mübarizə aparıblar. Aprelin 13-də başlayan yarışlar artıq başa çatıb. Azərbaycan Basketbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə çempionatda Bakı və Gəncədən 150-dən çox uşaq və yeniyetmə iştirak edib.

Yarışlar 3 yaş qrupu üzrə keçirilib.12 yaşadək oğlanlar və 14 yaşadək qızlar arasında 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin şagirdləri qalib gəliblər. 16 yaşadək qızların yarışında isə “Neftçi” komandası çempion olub.