Basketbolçunun oyun protokolu 214 min dollara satıldı

Milli Basketbol Assosiyasının əfsanəvinümayəndələrindən biri Uilt Çemberlenin 100 xal topladığı oyunun protokolu hərracda 214 min dollara satılıb.

Sportline.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları mətbuatının məlumatına görə sənədin start qiyməti cəmi 100 dollar olub. Üzərində Çemberlenin imzası olan bu protokol statistika həvəskarlarından birinin şəxsi arxivində saxlanılırdı.

Basketbolçunun  ölümündən sonra həyat yoldaşı həmin nadir nüsxəni dostlarından  birinə hədiyyə edib. O,  isə  tarixi rekordun həkk olunduğu protokolu hərraca çıxarmağı qərara alıb.  Xatırladaq ki, Uilt “Filadelfiya”da çıxış edərkən 1962-ci ildə “Nyu York”la oyunda 100 xal toplamışdı. Bu isə Milli Basketol Assosasiyasında rekord göstəricidi.

Həmin görüşdə Uilt oyun zamanı 63 dəfə topu səbətə atmış və cəhdlərdən 36-sı hədəfə tuş gəlmişdi. Bu qarşılaşmada məşhur basketbolçunun 32 sərbəst atışından 28-i dəqiq olmuşdu. Həmin vaxtlarda üç xallıq atışların olmadığını nəzərə alsaq, Çemberlenin bir oyunda 100 xal toplaması əlamətdar bir göstərici kimi qəbul edilməlidi.

Bu günə qədər hələ də bu rekord qalmaqdadır. Çemberlenin tarixi naliyyətlə  yadda qaldığı bu oyunda “Filadelfiya Seventi Siksers” “Nyu-York Niks”i 169-147 hesabıyla məğlub etmişdi. Xatrıladaq ki, əfsanəvi basketbolçu 1958-1973-cü illərdə “Harlem Qlobrotters”,  “San-Fransisko Uorriorz”,  “Filadelfiya Seventi Siksers” və “Los-Anceles Leykers” komandalarında çıxış edib. Çemberlen 1967 və 1972-ci illərdə MBA çempionu olub.