“Bavariya” almaniyalı futbolçunun çıxışından narazıdır
“Bavariya”nın almaniyalı futbolçusu Leroy Sane mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Münhen klubu Sane ilə yeni müqavilə imzalamayacaq.
Leroy Sane mövsümün sonunda azad agent kimi klubdan ayrıla bilər.
Qeyd edək ki, 28 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 45 milyon avrodur.
Sane bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 5 qol və 1 asistlə yadda qalıb.