"Bavariya" "Borussiya"nı səfərdə uddu

Bu gün Almaniya Bundesliqasında 28-ci tura start verilib.

Sportline.az xəbər verir ki, tura mərkəzi oyunla start verilib. Lider "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sının qonağı olub. Görüş Münhen klubunun qələbəsi ilə başa çatıb - 1:0.

Bu nəticədən sonra "Bavariya" 64 xalla 1-ci, Dortmund "Borussiya"sı 57 xalla 2-ci, "Leyptsiq" 54 xalla 3-cüdür.

26 may

20:30. "Borussiya" (Dortmund") - "Bavariya" - 0:1
Qol:
 Kimmix, 43