"Bavariya" bugünkü oyuna ciddi itki ilə çıxacaq

"Bavariya"nın yarımmüdafiəçisi Tyaqo Alkantara, Bundesliqanın 28-ci turunun,  Dortmund “Borussiya”sı ilə oyununda iştirak etməyəcək.

Sportline.az xəbər verir ki, həkimlər belə qərara gəliblər.

Bu barədə komandanın baş məşqçisi Hansi Flik məlumat verib: “Tyaqo zədəsini tam bərpa etməyib. Bu üzdən son məşqləri buraxıb. Təəssüf ki, “Borussiya” ilə oyunda iştirak etməyəcək”.

Qeyd edək ki, “Borussiya” - “Bavariya” görüşü bu gün, Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.