“Bavariya” “Əl-Nəsr”dən 30 milyon avro tələb edir
"Əl-Nəsr" "Bavariya"nın fransalı futbolçusu Kinqsli Koman üçün rəsmi təklif göndərib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Münhen klubu 29 yaşlı sol cinah vingeri üçün 30 milyon avro tələb edir.
K.Koman karyerası ərzində "Bavariya" ilə yanaşı, PSJ və "Yuventus" kimi klublarında şərəfini qoruyub.