“Bavariya” Gehini transfer etməkdə israrlıdır
“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Gehi karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Bavariya” 25 yaşlı stopperi transfer etməkdə israrlıdır.
Bu haqda jurnalist Kristian Folk məlumat yayıb.
M.Gehi gələn ilin yayında azad agent statusunda olacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü ilə “Real Madrid”də yaxından maraqlanır.