"Bavariya" "İnter"ə qarşı
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına start veriləcək.
Sportline.az xəbər verir ki, “Bavariya” isə “Allianz Arena”da “İnter”lə münasibətlərini aydınlaşdıracaq. Hər iki düşərgədə itkilər var.
“Bavariya”da qapıçı Manuel Noyer, Alfonso Deyvis, Dayo Upamekano, Camal Musiala, Kinqsli Koman və Aleksander Pavloviç, “İnter”də isə Denzel Dumfris, Pyotr Zelenski və Mehdi Taremi zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Görüşü isveçrəli hakim Sandro Şörer idarə edəcək. Matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.