"Bavariya" Kimmixlə bağlı qərar verib
"Bavariya" Coşua Kimmix ilə 4 mövsümlük yeni müqavilə imzalandı.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bavariya" müdafiəyəmeylli yarımmüdafiəçisi ilə 2029-cu ilə qədər yeni müqavilə bağlayaraq futbolçusunun gələcəyi ilə bağlı spekulyasiyalara son qoydu.
Kimmixin ürək sözləri: “Bavariyada məqsədlərimə çatmaq üçün ən yaxşı mühitim var. Buna əsaslanaraq qərarımı verdim. Hazırda maksimum uğur qazanmaq üçün daha yaxşı komanda yoldaşı, məşqçi heyəti və ya klub atmosferi yoxdur. Burada özümü yaxşı hiss edirəm və hələ işim bitməyib”.
Kimmixin müqaviləsi mövsümün sonunda bitməli idi.
Qeyd edək ki, 30 yaşlı alman Kimmix "Bavariya"da 429 oyun keçirib, 43 qol vurub, 114 məhsuldar ötürmə edib. 2015-ci ildən klubda çıxış edən yarımmüdafiəçi 8 qat Bundesliga çempionu, 3 qat Almaniya Kubokunun, 6 qat Almaniya Superkubokunun qalibidir.
Bu illər ərzində UEFA Çempionlar Liqasınım, UEFA Superkubokunun qalibi oub və Klublararası Dünya çempionluğunu da yaşayıb.