"Bavariya" Levandovskini Çinə buraxmayıb
Polşa millisinin forvardı Robert Levandovskiyə də Çin klublarından cəlbedici təklif olunubmuş. Amma təklifə veto qoyan "Bavariya" rəhbərliyi futbolçu ilə müqavilənin müddətini uzadıb. Sportline.az xəbər verir ki, bu haqda Levandovskinin agenti Sezari Kuxarski açıqlama verib:"Robert Çindən gələn təklifi qəbul etsə idi, illik qazancı 40 milyon avrodan çox olacaqdı. "