"Bavariya" Oliseyə yeni müqavilə təklif edəcək
"Bavariya" fransalı ulduzu Maykl Oliseyə yeni müqavilə təklif etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
24 yaşlı sağ cinah vingeri ilə "Real Madrid" və "Paris Sen-Jermen" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Olise "Bavariya"ya 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avro qarşılığında transfer olunmuşdu.