"Bavariya" - "Seltik": Düşərgələrdəki son durum

UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Sportline.az xəbər verir ki,“Bavariya” “Allianz Arena”da “Seltik”lə qarşılaşacaq.

Şotlandiyadakı ilk oyun münhenlilərin 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi. Bu oyunda da meydan sahibi favoritdir.

“Bavariya”da Joao Palinya, Daniel Perez və Alfonso Deyvis zədə səbəbindən matçı buraxmalı olacaq.

“Seltik”də isə Paulo Bernardo və Ceyms Forrest baş məşqçi Brendon Rocersin sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək matçı fransalı Benua Bastian idarə edəcək.