"Bavariya" "Seltik"ə qarşı
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun keçiriləcək.
Sportline.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan "Bavariya" səfərdə "Seltik"lə qarşılaşacaq. Hər iki komanda bu oyuna itkilərlə çıxacaq.
Meydan sahiblərində Ceyms Forest, “Bavariya”da isə Alfonso Deyvis və Joao Palinya zədə səbəbindən matçı buraxmalı olacaq.
Qeyd edək ki, ədalət təmsilçisi ispaniyalı Xesus Xil Manzano olacaq qarşılaşma Bakı vaxtı ilə gecə yarısı 12-də başlanacaq.