"Bavariya" ulduz futbolçusu ilə yeni müqavilə bağlayıb

"Bavariya" kanadalı futbolçusu Alfonso Deyvislə yola davam edəcək.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A.Deyvis Münhen klubu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalayıb.

24 yaşlı futbolçu ilə "Real Madrid" yaxından maraqlanırdı.

Qeyd edək ki, Deyvis cari mövsüm çıxış etdiyi 25 matçda 1 qol və 3 asistlə yadda qalıb.