"Bavariya" və "Çelsi" transfer yarışına girib
"Milan"ın fransalı qapıçısı Mayk Menyan yay azad agent kimi klubdan ayrıla bilər.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Bavariya" və "Çelsi" 30 yaşlı kiperi transfer etmək üçün yarışa girib.
Menyan İtaliya klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, təcrübəli futbolçu "Milan"a 2021-ci ilin yayında "Lill"dən 16.4 milyon avro qarşılığında transfer olunmuşdu.