"Bavariya" və "Mançester Siti" transfer yarışına girib

"Bayer"in almaniyalı ulduz futbolçusu Florian Virts mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Bavariya" və "Mançester Siti" Virtsi transfer etmək istəyir.

Bu haqda "Bild" nəşri məlumat yayıb.

Florian Virtsin transfer qiyməti 140 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 39 matçda 15 qol və 13 asistlə yadda qalıb.