"Bavariya" və "Milan" transfer yarışına girib
"Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko mövsümün sonunda komandasından ayrılacaq.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Bavariya" və "Milan" Şeşko ilə yaxından maraqlanır.
21 yaşlı forvardın hazır ki dəyəri "Transfermarkt" portalına görə 65 milyon avrodur.
Qeyd edək ki, Şeşko bu mövsüm çıxış etdiyi 36 matçda 17 qol və 6 asistlə yadda qalıb.