"Bavariya"dan 100 milyon avroluq transfer
"Real Madrid"im fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa "Bavariya"nın transfer hədəfinə çevrilib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.
Kamavinqanın "Real Madrid"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 32 matçda 2 qol və 2 asistlə yadda qalıb.