"Bavariya"dan 70 milyon avroluq transfer
"Bavariya" "Atletiko Madrid"in ispaniyalı futbolçusu Pablo Barriosu heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfdən 70 milyon avro tələb edir.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçinin "Atletiko" ilə sözləşməsi 2030-cu ilin yayına qədərdir.