"Bavariya"dan "Arsenal"a doğru

"Bavariya"nın almaniyalı vingeri Leroy Sane mövsümün sonunda "Arsenal"a transfer ola bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kristian Folk öz şəxsi "X" hesabında paylaşım edib.

Münhen klubu Sane ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, 29 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Sane 2020-ci ilin yayında "Mançester Siti"dən "Bavariya" klubuna 49 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 oyunda 8 qol və 4 məhsuldar ötürmə müəllifi olub.