"Bavariya"dan Gehi həmləsi

"Kristal Pelas"ın ingiltərəli stopperi Mark Gehi "Bavariya"nın transfer siyahısında yer alıb.

Sportline.az xəbər verir ki, Münhen klubu 25 yaşlı mərkəz müdafiəçisini gələn ilin yayında azad agent kimi transfer etməyi planlaşdırır.

Bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

Qeyd edək ki, M.Gehi bu mövsüm 14 matçda meydanda olub. Aktivində 1 qol, 2 məhsuldar ötürmə var.