"Bavariya"nı "Arsenal"a dəyişə bilər

"Bavariya"nın fransalı futbolçusu Kinqsley Koman karyerasını "Dumanlı Albion"da davam etdirə bilər.

Sportline.az insayder Simon Kollingsin məlumatına istinadən xəbər verir ki, "Arsenal" Komanı transfer etmək üçün hərəkətə keçib.

"Arsenal" bu keçid üçün "Bavariya" klubuna 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Komanın Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

28 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 19 matçda 4 qol və 2 asistlə yadda qalıb.