“Bavariya”nın gənc futbolçusu “Arsenal”ın radarındadır

Cəmi 17 yaşında olmasına baxmayaraq “Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl Avropanın bir sıra nəhəng klublarının maraq dairəsinə düşüb.

Sportline.az jurnalist Ekrem Konurun məlumatına istinadən xəbər verir ki, "Arsenal” 17 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Lennart Karlın Münhen klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir və futbolçu fevralda 18 yaşına çatdıqda avtomatik olaraq 2029-cu ilə qədər uzanacaq.