“Bavariya”nın gözü “Liverpul”un futbolçusuna düşüb
"Bavariya" "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate ilə maraq göstərir.
Sportline.az xəbər verir ki, Münhen təmsilçiləri müdafiəçi Deyo Upamekano komandadan ayrılacağı halda, 26 yaşlı fransız oyunçunu onun potensial əvəzedicisi kimi dəyərləndirir.
Konate cari mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə 15 dəfə meydana çıxaraq 1 qolun müəllifi olub.