"Bayer"dən 40 milyon avroluq transfer

"Bayer" klubu növbəti transferini reallaşdırıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Leverkuzen klubu PSV-nin amerikalı futbolçusu Malik Tillmanı heyətinə qatıb.

Bu keçid üçün "Bayer" qarşı tərəfə 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Tilman bu mövsüm çıxış etdiyi 34 matçda 16 qol 5 asistlə yadda qalıb.