“Bayer”i “Fənərbağça”ya dəyişə bilər
"Bayer"in argentinalı futbolçusu Ezekiel Palasiyos karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Fənərbağça" futbolçunun meneceri ilə görüşüb.
İstanbul klubu onu heyetinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Palasiyosun özü Türkiyədə çıxış etmək fikrinə müsbət baxır.
26 yaşlı futbolçu karyerası ərzində çıxış etdiyi 247 matçda 25 qol 27 asistlə yadda qalıb.
Xatırladaq ki, yarımmüdafiəçin Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.