“Bayer”in əsas qol silahı PSV ilə oyunu buraxacaq

UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, "Bayer" doğma divarlar arasında PSV ilə üz-üzə gələcək.

Leverkuzen klubunda əsas itki Patrik Şik, Ezekiel Palasios, Natan Tella və Martin Terrienin adı ilə bağlıdır.

PSV-də isə itkilərin sayı daha çoxdur. Serjinyo Dest, Kilian Sildillia, Alassane Plea, Miron Boadu, Rikardo Pepi və Ruben van Bommel zədə səbəbindən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, start fiti 23:00-da səslənəcək matçı isveçli Qlenn Niberq idarə edəcək.