“Bazel” – “Aston Villa”: Heyətlərdəki son durum
UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün 6-cı turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, “Bazel” “Sen Yakop Park”da turnirin əsas favoritlərindən sayılan “Aston Villa” ilə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Kaio Eduardonun adı ilə bağlıdır.
Birmingem təmsilçisində isə Evann Quessand, Tayron Mings və Rozz Barkli zədədən əziyyət çəkir.
Qeyd edək ki, “Bazel” – “Aston Villa” matçı bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.
Görüşün ədalət təmsilçisi türkiyəli Halil Umut Meler olacaq.