Belarus çempionatında koronavirus təhlükəsi

Futbol üzrə Belarus çempionatının IX turunun "Minsk" - "Neman" oyunu təxirə salınıb.

Sportline.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qərar paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsi səbəbindən qəbul olunub.

Futbolçulardan birində virusun simptomlarının olduğu bildirilib. Qarşılaşma mayın 15-də keçirilməli idi.

Həmçinin mayın 16-na nəzərdə tutulan I liqanın V turunun "Arsenal" (Dzerjinsk) - "Lokomotiv" (Qomel) görüşü də eyni səbəbdən keçirilməyəcək. 

Daha əvvəl aşağı dəstənin IV turunda "Qomel" - "Arsenal" görüşü koronavirusa görə təxirə salınıb.

Qeyd edək ki, pandemiyaya baxmayaraq, Belarus hazırda çempionatı davam edən yeganə Avropa ölkəsidir.