Belarus klubunun futbolçusu koronavirusa yoluxub
Belarusun “Minsk” klubunun futbolçusu koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə “Presball” nəşri məlumat yayıb.
Xəbərdə, “Minsk”də adı açıqlanmayan bir futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.
“Minsk”in bütün heyəti və işçiləri koronavirus testindən keçəcək.