Belçika futbolunda karantinin bitmə tarixi

Belçika Milli Təhlükəsizlik Şurası peşəkar və həvəskar idman yarışlarının keçirilməsinə iyulun 31-dək qadağa qoyub.
 
Sportline.az xəbər verir ki, bununla da,  Belçikada cari mövsümün bərpası mümkünsüz olub.
 
Belçika Pro Liqası Avropada mövsümün erkən başa çatmasını təklif edən ilk çempionat idi. Lakin sonradan məsələ ilə bağlı yekun qərar təxirə salınmışdı.
 
Mayın 15-də keçiriləcək, klubların baş assambleyasında, Belçikada futbol turnirlərinin başa çatdığının elan ediləcəyi gözlənilir.