Belçika millisində koronavirus şoku
Belçika millisinin və Madrid “Real”ının qapıçısı Tibo Kurtuada koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Hazırda UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar millinin düşərgəsində olan futbolçunun koronavirus testi müsbət nəticə verib. Ondan təkrar analizlərin götürüləcəyi bildirilir.
Koronavirus aşkarlanmasına baxmayaraq, Tibo millinin heyətindən kənarlaşdırılmayıb. Məşqçilər korpusu Kurtuadan götürülmüş qan analizinin nəticələrini gözləyir. Buna əsasən, təcrübəli qolkiperlə bağlı qərar veriləcək.