Bellingem: “Biz hər zaman çıxış yolunu tapırıq”

“Real Madrid”in ingiltərəli ulduz futbolçusu Cud Bellingem “Mançester Siti” matçı sonrası jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 21 yaşlı futbolçu müsahibəsində bu fikirləri səsləndirib;

“Yaxşı oyun nümayiş etdirdik. Qəribə bir oyun idi, yaxşı başladıq lakin hesabda geri düşdük. Sonra özümüzdə güc tapıp geri döndük. Biz hər zaman çıxış yolunu tapırıq. Bura “Real Madrid”dir.”, - deyə Bellingem bildirib.

Qeyd edək ki, “Real Madrid” səfərdə “Mançester Siti”ni 3:2 hesabı ilə məğlub edib.