Bellingem "Çelsi"nin radarına düşüb
"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem "Çelsi"nin maraq dairəsinə düşüb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, London klubu Bellingem üçün "Sanderlend"lə danışıqlara başlayıb.
19 yaşlı yarımmüdafiəçinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 22 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Cob Bellingem bu mövsüm çıxış etdiyi 36 matçda 4 qol və 3 asistlə yadda qalıb.
Onun "Sanderlend"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.