"Benfika" - "Boavişta"
Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" bu gün Portuqaliya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, "damalılar" Lissabonda "Benfika"nın qonağı olub.
Qarşılaşmanın ilk hissəsində gözəl oyun sərgiləyən qonaqlar rəqib qapısına üç dəfə yol tapıblar. Ancaq ikinci hissədə "Benfika" vəziyyəti dəyişə bilib. Qonaqları üç dəfə mərkəzə dəvət edən paytaxt təmsilçisi məğlubiyyətdən xilas olub.
K.Ağayev yenə görüşə start heyətində başlayıb. Komandasını bir neçə dəfə qoldan xilas edən futbolçumuz 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. E.Mahmudov isə 89-cu dəqiqədə Fbio Espinyonu əvəzləyib.
Qeyd edək ki, "Boavişta" hazırda 21 xalla 11-cidir.