"Benfika" - "Qarabağ" görüşünün hakimi bilindi

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının səfərdə "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, görüş Şimali İrlandiyadan olan FİFA referisi Ceymi Robinsona həvalə edilib.

Yan xətt hakimləri Adam Ceffri və Brayan Uilson olacaq.

Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.