“Benfika”nın futbolçusu “Mançester Yunayted”in radarına düşüb
“Mançester Yunayted” klubu “Benfika”nın portuqaliyalı futbolçusu Tomas Arauxo üçün yanvar ayında rəsmi təklif göndərəcək.
Sportline.az “The Sun Football” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” Arauxo üçün “Benfika”ya 50 milyon avro ödəməyə hazırdır.
“Benfika” klubunun rəhbərliyi Arauxonu bu məbləğə satmağa razıdır.
Transfer yanvar ayına qədər reallaşacaq.
Qeyd edək ki, Tomas Arauxonun “Benfika” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.