Bennaser “Dinamo Zaqreb”ə keçib

Əlcəzair millisinin üzvü İsmail Bennaser karyerasında yeni səhifə açır.

Sportline.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında Xorvatiya çempionatının lideri “Dinamo” Zaqrebin heyətinə qoşulub.

Müqavilədə satınalma bəndi də yer alır. Klub bu keçidi rəsmi saytında təsdiqləyib.

Bennaser yaxın günlərdə tibbi müayinədən keçmək, həmçinin yeni komanda yoldaşları və azarkeşlərlə görüşmək üçün Zaqrebə gələcək.