Benzema Anrini qabaqladı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Napoli" ilə görüşdə fərqlənən Kərim Benzema Tyerri Anrini arxada qoyub. SportLine.az xəbər verir ki, yarış tarixində 51-ci qoluna imza atan futbolçu Anrini (50 qol) keçməklə Çempionlar Liqasının ən məhsuldar fransalı futbolçusu kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, K.Benzema yarışın bombardirləri siyahısında 5-cidir.