Benzema qərarını verdi

"Əl-İttihad" klubunda Benzema ilə bağlı böhran yaranıb.

Sportline.az xəbər verir ki, fransalı ulduz hücumçu gələn oyuna çıxmağı rədd edib. Onun klubla müqavilə yeniləməsi üzrə fikir ayrılığı bu qərarın əsas səbəbi sayılır.

Benzema rəhbərliklə əldə olunmayan razılığa görə komandanın qarşıdakı görüşündə meydana çıxmayacaq. Hücumçu klubun təklif etdiyi şərtlərlə razılaşmadığını bildirib və indiki vəziyyətdə matça qatılmaq istəmədiyini klub rəsmilərinə çatdırıb.