Berbatov: "Ronaldo ilə birliktə oynadığım üçün çox şanslıyam"

"Mançester Yunayted"in sabiq futbolçusu Dimitar Berbatov Kriştiano Ronaldo haqqında danışıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Berbatov Ronaldo ilə bərabər oynadığına görə xoşbəxt olduğu dilə gətirib.

"Kriştiano Ronaldo ilə birliktə oynadığın üçün çox şanslıyam. Biz "Mançester Yunayted"də mükəmməl sezon keçirdik. O həqiqətən mükəmməl futbolçudur", - deyə Berbatov bildirib.

Qeyd edək ki, Berbatov 2008-2012-ci illər ərzində "Mançester Yunayted" klubunda çıxış edib.