Bernardo Silva Madrid klubuna keçəcək
Yayda "Mançester Siti"dən azad agent kimi ayrılacağı gözlənilən Bernardo Silva karyerasını "Atletiko Madrid"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin dəyəri 27 milyon avrodur.
Qeyd edək ki, B.Silva cari mövsüm meydana çıxdığı 36 matçda 2 qol, 5 asistlə yadda qalıb.