Joze Mourinyo "Real Madrid"də - Rəsmi

Joze Mourinyo yenidən “Real Madrid”in məşqçisi təyin edilib. 

Sportline.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, tərəflər arasında imzalanan müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub. Mourinyo komandanın düşərgəsinə qoşularaq yeni mövsümün hazırlıqlarına start verəcək. 

Joze Mourinyo buna qədər "Benfika" klubunu çalışdırırdı. "Real" Mourinyo üçün "Benfika"ya təzminat ödəyib.

Qeyd edək ki, təcrübəli çalışdırıcı 2010-2013-cü illərdə də “Real”a rəhbərlik edib. Həmin dövrdə o, komandanı İspaniya çempionluğu və ölkə kuboku zəfərinə daşıyıb.

Banner