Bernardo Silva "Yuventus"a keçir
"Mançester Siti"dən ayrılacağı dəqiqləşən Bernardo Silva yayda "Yuventus"a keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
Portuqaliya millisinin üzvünün dəyəri 27 milyon avrodur.
Qeyd edək ki, B.Silva cari mövsüm meydana çıxdığı 51 matçda 3 qol, 5 asistlə yadda qalıb.