"Beşiktaş" 1 xalla kifayətləndi
Türkiyə Super Liqasında 12-ci tur start götürüb. İlk oyun günündə bir qarşılaşma olub. Son çempion "Beşiktaş" "Akhisar"ı qəbul edib.
Qarşılaşmada qol vurulmayıb.
Xalını 21-ə çatdıran "qara qartal" 3-cü pillədə qərarlaşıb. "Akhisar" 9-cudur. Zirvədə isə 26 xalla "Qalatasaray" qərarlaşıb.