"Beşiktaş" daha bir futbolçu ilə yolları ayırır
"Beşiktaş" orta sahə oyunçuları ilə yolları ayırmaqdadır.
Sportline.az xəbər verir ki, Jan Onananın "Genoa"ya icarə verilməsinin ardınca, Şer Ndourun "Fiorentina"ya, Al Musratinin ise "Monaco"ya gedişi gözlənilir.
Bu azmış kimi, komandanın daha bir yarımmüdafiəçisi Jedson Fernandeşin də ayrılığı gündəmdədir.
26 yaşlı portuqaliyalı ilə Rusiyanın "Zenit" klubu ciddi maraqlanır.
Sankt-peterburqluların Jedson üçün 15 milyon avro təklif etdiyi bildirilir.
"Qara-qartallar" isə onunla 20 milyon avro müqabilində vidalaşmağa hazır olduqlarını açıqlayıblar.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi bu mövsüm keçirdiyi 10 oyunda 5 qol və 1 assistlə yadda qalıb.